+994 50 427 65 27

Qastroskopiya və Kolonoskopiya

Our blog
bloq ucun

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına əsasən hər bir insan heç bir şikayəti olmasa belə 45-50 yaşın üzərində mütləq endoskopik müayinələrdən, qastroskopiya və kolonoskopiya müayinəsindən keçməlidir. 

Nəyə görə bu belədir? 

Çünki, poliplər dediyimiz xoşxassəli törəmələr var ki, və yaxud hər hansı xoralar, xərçəngləşmə riski olan xoralar, ilkin etapda aşkarlandıqda bunların demək polipektomiya vasitəsilə və yaxud xoraları əməliyyat vasitəsilə tamamilə xərçəngdən azad olmaq mümkündür, qurtulmaq mümkündür, vaxtında müayinə əsasında. 

Xəstələrimiz təəssüf ki, bu müayinələrdən qorxurlar. “Mən zond uda bilmərəm, mən bu müayinəni istəmirəm, bu müayinəyə ekvivalent başqa müayinə mümkündürmü?” sualları verirlər. 

Qastroskopiya və kolonoskopiya müayinəsi qorxulu müayinə deyil. Əgər xəstələrimizin fobiyası varsa, ayıq şəkildə udmağa, bu müayinəni sedasiya dediyimiz yüngül yuxu gətirici dərman vasitəsilə venadaxili vurulduqdan sonra xəstələr yatır və heç bir ağrı, şikayət hiss etmirlər.